525.Az

Ötən ilin sonunda dünyada COVID-19-dan 2641 ölüm qeydə alınıb


 

Ötən ilin sonunda dünyada COVID-19-dan 2641 ölüm qeydə alınıb<b style="color:red"></b>

2024-cü ilin sonlarında dünyada 194 mindən çox insan COVID-19-a yoluxub.

525.az APA ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir.

ÜST-ün məlumatına görə, bu dövrdə dünyada infeksiyadan 2641 ölüm qeydə alınıb.

Məlumata görə, noyabrın 11-dən dekabrın 8-dək 194 mindən çox insan koronavirus infeksiyasına yoluxub, 2,6 mindən çox insan COVID-19-dan dünyasını dəyişib.

ÜST COVID-in təhlükə olaraq qaldığını xatırladaraq çağırış edib.

 





20.01.2025    çap et  çap et