525.Az

Tramp prezident kimi ilk sərəncamlarını imzalayıb


 

Tramp prezident kimi ilk sərəncamlarını<b style="color:red"> imzalayıb</b>

Donald Tramp ABŞ prezidenti kimi ilk sərəncamlarını imzalayıb ki, onların əksəriyyəti administrasiyasında kadr təyinatlarına aiddir.

525.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bundan əlavə, Tramp prezidentlərin inauqurasiyaları zamanı hökumət binalarında dövlət bayraqlarının heç vaxt endirilməməsini tələb edən sərəncam imzalayıb. Xatırladaq ki, onların bir çoxu Cimmi Karterin ölümü səbəbindən yarıya endirilmişdi.

Donald Tramp 2025-ci il yanvarın 20-də Amerika Birləşmiş Ştatlarının prezidenti kimi rəsmən fəaliyyətə başlayıb. O, ABŞ-nin 47-ci prezidenti kimi fəaliyyətə başladıqdan dərhal sonra etdiyi çıxışında xarici və daxili siyasətlə bağlı bir sıra yüksək səviyyəli açıqlamalar verib. Ağ Evin yeni rəhbərinin çıxışı bir neçə dəfə alqışlarla kəsilib.

İbrahim Cəfərov

 





21.01.2025    çap et  çap et