Çin 2025-ci ildə Rusiya ilə münasibətləri yeni səviyyəyə qaldırmaq niyyətindədir.
525.az “Report” a istinadən xəbər verir ki, bunu Çin Sədri Si Cinpin rusiyalı həmkarı Vladimir Putinlə videokonfrans zamanı deyib.
“Yeni ildə sizinlə Rusiya-Çin münasibətlərini yeni zirvəyə çatdırmaq, münasibətlərimizdəki sabitliyi və stressə davamlılığı qorumaqla xarici qeyri-müəyyənliyə müqavimət göstərmək üçün işləməyə hazıram”, - o qeyd edib.
çap et