Bu gün səhər Tayvanda 6,4 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələnin episentri Tayvanın 50 km şimal-qərbində yerləşən Tszyai əyalətində, ocağı isə 18 km dərinlikdə yerləşib. Titrəyişlər Qaosyun şəhərində də hiss edilib.
Zəlzələ nəticəsində 26 nəfər xəsarət alıb.
Qeyd edək ki, zəlzələ ciddi dağıntılarla yanaşı bəzi yolların sıradan çıxmasına da səbəb olub. Bu üzdən zəlzələnin episentrinə yaxın Sisin kəndinin sakinlərinin ətraf ərazilərlə əlaqəsi tamamilə kəsilib.


L.Tağıyeva
çap et