Nigeriyanın şimalındakı Niger əyalətində yanacaq daşıyan tankerin partlaması nəticəsində ölənlərin sayı 77-yə çatıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Nigeriya Dövlət Fövqəladə Halların İdarə Olunması Agentliyinin (SEMA) Nigeriya Dövlət Baş katibi Abdullahi Baba-Arah yerli televiziyaya bildirib ki, Dikko-Maje şossesində yanacaq tankerinin partlaması nəticəsində ölənlərin sayı 77-yə çatıb.
Partlayış nəticəsində 25 nəfərin yaralandığını qeyd edən Baba-Arah yaralıların yaxınlıqdakı xəstəxanalarda müalicə olunduğunu bildirib.
Dünən Niger əyalətində Dikko-Maje magistral yolunda yüklü tanker həddindən artıq sürət səbəbindən aşıb. Yerli insanlar aşmış avtomobildən yanacaq boşaltmağa çalışarkən tanker partlayıb və çoxlu insan yanaraq ölüb.
Malik Atilay
çap et