525.Az

Myanma xuntası və üsyançılar atəşkəs imzalayıblar


 

Myanma xuntası və üsyançılar atəşkəs imzalayıblar<b style="color:red"></b>

Myanmada hərbi çevriliş nəticəsində hakimiyyətə gələn xunta hökuməti ilə silahlı müqavimət qruplarını təmsil edən Milli Demokratik Alyans Ordusu (MNDAA) arasında Çin vasitəçiliyi ilə atəşkəs əldə olunub.  

525.az xarici mediaya istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bu gün Pekində keçirilən mətbuat konfransında atəşkəs barədə məlumat verib.  

Məlumata görə, Myanma hökuməti ilə MNDAA arasında Çinin cənub-qərbindəki Yunnan əyalətinin paytaxtı Kunminqdə aparılan danışıqlardan sonra atəşkəs sazişi imzalanıb.  

Yanvarın 18-dən qüvvəyə minəcək sazişlə bağlı danışan Mao, tərəflərin Çinə sülh danışıqlarında vasitəçi roluna görə təşəkkür etdiklərini bildirib.  

Xatırladaq ki, Myanma ordusu Aunq San Suu Kyinin rəhbərlik etdiyi Demokratiya Uğrunda Milli Liqa (NLD) hökumətini 2021-ci il fevralın 1-də hərbi çevrilişlə devirmişdi.  

Çevrilişdən sonra başlayan müxalifətin dinc etirazlarının zorakılıqla yatırılması, daha sonra isə ölkə daxilində silahlı qarşıdurmaların güclənməsi 2021-ci ildən indiyə qədər 6000 insanın həyatını itirməsinə və 3 milyona yaxın insanın didərgin düşməsinə səbəb olub.

Malik Atilay

 





21.01.2025    çap et  çap et