|
|
|
|
Bu gecə Türkiyə sahillərində 5 bal gücündə zəlzələ baş verib.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələnin episentri Manisa şəhərindən 135 km şimal-qərbdə olub.
Zəlzələnin ocağı isə 10 km dərinlikdə yerləşib.
Qeyd edək ki, Bakı vaxtı ilə 00:38-də olan titrəyişlər yaşayış məntəqələrində hiss edilib. Dağıntı və tələfat yoxdur.
L.Tağıyeva