|
|
|
|
Hindistanda ərinə əsəbləşən qadın 2 azyaşlı oğlunu yaşadığı binanın 4-cü mərtəbəsindən atıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Daman şəhərində baş verib.
Uşaqları atdıqdan sonra özü də eyvandan tullanmaq istəsə də, əri onu saxlaya bilib. Körpələr təcili xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb. Qadın polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, uşaqların 3 və 1,5 yaşları var idi.
L.Tağıyeva