|
|
|
|
Azərbaycan BMT-nin 2025-ci ilin büdcəsi üçün nəzərdə tutulmuş üzvlük haqqını tam ödəyib.
525.az "Report" a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq deyib.
F.Haq bildirib ki, son bir həftədə Azərbaycanla yanaşı, Avstraliya, Finlandiya, İrlandiya, Niderland, İsveç və Ukrayna BMT-nin bu ilin büdcəsi üçün nəzərdə tutulmuş üzvlük haqqını tam ödəyib.
Azərbaycan ötən illərdə olduğu kimi bu il də BMT-nin büdcəsi üçün üzvlük haqqını ödəyən ilk ölkələr sırasında yer alıb. Bu günə qədər ölkəmizlə yanaşı, BMT-yə üzv olan daha 24 dövlət ödənişi həyata keçirib.
Qeyd edək ki, BMT-nin büdcəsi 193 dövlətin ödədiyi üzvlük haqqı hesabına formalaşır. Üzvlük haqqının məbləği bir neçə meyar əsasında müəyyən edilir ki, bunlardan da başlıcası ölkənin ödəmə qabiliyyətidir. Yığılan vəsait ilk növbədə BMT-nin mərkəzi orqanlarının - Baş Assambleyanın, xüsusi komitələrin və katibliyin inzibati xərclərinin ödənilməsinə yönəldilir. BMT-nin xərclərinin əhəmiyyətli hissəsi sülhməramlı missiyalara sərf olunur.
Xatırladaq ki, Azərbaycan 1992-ci ilin martın 2-də BMT Baş Assambleyasının 46-cı sessiyasında qəbul edilən qətnamə ilə təşkilata daxil olub. Bununla bağlı BMT-nin Nyu-Yorkdakı qərargahının qarşısında Azərbaycanın Dövlət bayrağı qaldırılıb, mayın 6-dan isə təşkilatın yanında ölkəmizin daimi nümayəndəliyi fəaliyyətə başlayıb.