525.Az

ABŞ-də naməlum şəxs 4 polisi yaralayıb


 

ABŞ-də naməlum şəxs 4 polisi yaralayıb<b style="color:red"></b>

Hadisə dünən axşam saatlarında Texas ştatının San-Antonio şəhərində baş verib.

525.az az ABŞ mətbuatına istinadən xəbər verir ki, polisə bir nəfərin özünə qəsd etmək istəməsi ilə bağlı məlumat daxil olub.

Bundan sonra çağırış daxil olan Stoun-Ouk adlandırılan əraziyə 4 polisin olduğu patrul avtomobili göndərilib.

Əraziyə çatan polislər qəfildən həmin şəxsin hücumuna məruz qalıblar.

Odlu silahdan açılan atəş nəticəsində 4 polisin hamısı müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Qeyd edək ki, 40 yaşlarında olan naməlum kişi törətdiyi cinayətdən sonra hadisə yerindən yayınan bilib. Onun axtarışı davam etdirilir.

L.Tağıyeva

 





23.01.2025    çap et  çap et