525.Az

Los-Anceles ətrafında yeni meşə yanğını


 

Los-Anceles ətrafında yeni meşə yanğını<b style="color:red"></b>

Kaliforniyanın Los-Anceles şəhəri ətrafında yeni meşə yanğını başlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın kifayət qədər güclüdür və qarşısı alınmazsa, yaşayış məntəqələrinə keçə bilər.

Bu üzdən Kasteyk gölü ətrafında yaşayan 19 min əhali məcburi təxliyə edilib. Los-Ancelesin şerifi Robert Luna təxliyə olunanların sayının artacağını istisna  etməyib.

Qeyd edək ki, güclü külək və quru kol-kos yanğının sürətlə digər ərazilərə keçməsinə şərait yaradır. CNN telekanalının verdiyi məlumata görə alov hər 2-3 saniyəyə futbol meydanı böyüklüyündə əraziyə yayılır.

L.Tağıyeva

 





23.01.2025    çap et  çap et