525.Az

Donnarumma gedir, ya qalır?


 

Donnarumma gedir, ya qalır?<b style="color:red"></b>

PSJ-nin qapıçısı Canluici Donnarumma klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

QOL.az xəbər verir ki, daha əvvəl "İnter"in italyan qolkiperlə maraqlandığı yazılmışdı. Donnarummanın PSJ ilə sözləşməsi isə 2026-cı ilin yayına qədərdir. 

26 yaşlı qapıçı məsələ ilə bağlı açıqlamasına hazırda yalnız PSJ ilə sözləşməni uzatmaq istədiyini deyib: 

“Çox söz-söhbət var, amma mənim prioritetim PSJ ilə yeni müqavilə imzalamaqdır. Burada özümü yaxşı hiss edirəm".

Qeyd edək ki, Donnarumma 2021-ci ildən PSJ-də oynayır.

 

 

 





23.01.2025    çap et  çap et