"Tacikistanın MDB sədrliyi çərçivəsində bu il ilk dəfə olaraq MDB və BMT arasında əməkdaşlıq üzrə yüksək səviyyəli birgə tədbir keçiriləcək".
525.az xəbər verir ki, bu barədə Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon ölkəsinin 2025-ci ildə MDB sədliriyinə həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, tədbir BMT-nin baş qərargahında Baş Assambleyanın yüksək səviyyəli həftəsi çərçivəsində təşkil olunacaq.
Eyni zamanda, BMT Baş Assambleyasının BMT və MDB arasında əməkdaşlıq haqqında növbəti qətnaməsinin qəbul olunmasına da lazımı dəstək göstəriləcək.
Səfir bildirib ki, siyasi müstəvidə səylər MDB-nin inteqrasiya birliyi kimi dünya səhnəsində müsbət imicinin daha inkişaf etdirilməsinə, BMT və onun ixtisaslaşmış qurumları, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı, KTMT, Aİİ və digər regional təşkilatlarla əlaqələrin genişləndirilməsinə yönəldiləcək. Həmçinin ŞƏT-ə MDB yanında müşahidəçi statusunun verilməsi məsələsinə baxılacaq.
Bundan əlavə, üzv olan ölkələrin dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində aktual beynəlxalq məsələlərlə bağlı bəyanatların hazırlanması və qəbulu üzrə səylər davam etdiriləcək.
Pərvanə Sultanova