Turist kimi Tailanda səfər edən Polşa vətəndaşını 10 illik həbs gözləyir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun yerli sakinlərdən birinə sataşması olub.
Bankokda tanımadığı qadına sataşan 31 yaşlı İqor adlı turistin hərəkəti videomüşahidə kameralarına düşüb. Polisə şikayət edən qadın polyakdan kompensasiya deyil, sadəcə, üzr istəməsini istəyib. Polyak isə bundan imtina edib.
Qeyd edək ki, yerli qanunlara görə indi polis tərəfindən saxlanılan turisti 10 il həbs gözləyir. Əlbəttə, zərərçəkən tərəfin tələbini yerinə yetirməsə.
L.Tağıyeva