525.Az

Baş nazir: Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı yeniləməyə hazırdır


 

Baş nazir: Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı yeniləməyə hazırdır<b style="color:red"></b>

Gürcüstan ABŞ ilə münasibətlərin sıfırdan başlamasına və strateji tərəfdaşlığın konkret yol xəritəsi ilə yenilənməsinə hazırdır.

525.az “Report” a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

Onun sözlərinə görə, bu proses Aİ-Gürcüstan münasibətləri üçün nəzərdə tutulmuş Assosiasiya Gündəliyinə bənzər bir plan əsasında həyata keçirilə bilər:

“Biz strateji tərəfdaşlığı konkret göstəricilər və hədəf parametrləri ilə yeniləməyə hazırıq. Yeni ABŞ administrasiyası ilə dəyərlərimiz üst-üstə düşür. Hər şey Prezident Donald Trampın administrasiyasının ABŞ-də "dərin dövlət"lə mübarizəsində nə dərəcədə uğurlu olacağından asılıdır. Biz bu məsələdə optimistik və Gürcüstan-ABŞ münasibətlərinin yenidən qurulmasına tam hazırıq".

 





23.01.2025    çap et  çap et