525.Az

"Qarabağ" oyuna şəhid övladları ilə çıxacaq


 

"Qarabağ" oyuna şəhid övladları ilə çıxacaq<b style="color:red"></b>

"Qarabağ" bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda Rumıniyanın FCSB klubu ilə qarşılaşacaq.

QOL.az xəbər verir ki, matçın başlanğıcı simvolik olacaq.

Ağdam təmsilçisinin futbolçuları meydana çıxarkən onları şəhid övladları müşayiət edəcəklər. Bu məsələdə "Qarabağ"a "Zəfər" təşkilatı dəstək göstərib. Məlumat QOL.az-a "Qarabağ"ın mətbuat xidmətindən verilib.

Həmçinin, oyundan əvvəl "Qarabağ" klubunun mərhum fəxri prezidenti Abdolbari Gozalın xatirəsi bir dəqiqəlik sükutla anılacaq. 

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - FCSB oyunu saat 21:45-də başlayacaq.

 





23.01.2025    çap et  çap et