Hazırda dünyada ən böyük sayılan A23a aysberqi Böyük Britaniyaya məxsus Cənubi Georgiya adası ilə toqquşa bilər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, toqquşma ada sakinləri olan pinqvin və süitilərin ölümünə və onların qida arealının məhvinə səbəb ola biləcək.
Bundan başqa dənizçilər də aysberqin adaya yaxınlaşmasına görə ərazidə gəmilər üçün təhlükə yaranacağını bildiriblər.
Qeyd edək ki, sözügedən aysberq Nyu-York şəhərindən 3 dəfə böyükdür. Çəkisi isə 1 trilyon tondur. 1986-cı ildə Filhner buzlağından qopan A23a uzun müddət sahildən bir neçə km kənarda dənizin dibinə oturduğundan hərəkətsiz qalmışdı. 2023-cü ilin sonlarında tərpənən aysberq bir müddət Cənubi Opkneysk adaları yaxınlığında okean axınlarının təsiri ilə yerində "fırlandıqdan" sonra Cənubi Georgiya istiqamətində üzməyə başlayıb.
L.Tağıyeva
çap et