525.Az

Banqkokda havanın çirklənməsinə görə məktəblər bağlandı


 

Banqkokda havanın çirklənməsinə görə məktəblər bağlandı<b style="color:red"></b>

Tailandın paytaxtında havanın həddən artıq çirklənməsi üzündən 250-dən çox məktəbdə tədris dayandırılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, çirklilik Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normanı 13,3 dəfə keçib.

Məmurlar insanlara bacardıqca bayıra çıxmamağı, evdən onlayn işləməyi tövsiyə ediblər.

Qeyd edək ki, Banqkok çirkli havasına görə böyük şəhərlər arasında dünyada 6-cı yerdədir.

L.Tağıyeva

 





24.01.2025    çap et  çap et