525.Az

Rusiya 3 Afrika ölkəsində səfirliyini açacaq


 

Rusiya 3 Afrika ölkəsində səfirliyini açacaq<b style="color:red"></b>

Rusiya yaxın gələcəkdə Cənubi Sudan, Syerra-Leone və Nigerdə səfirliyini açmağı planlaşdırır.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, əvvəlcə Niger və Syerra-Leonedə diplomatik nümayəndəliklər açılacaq. Daha sonra növbədə Cənubi Sudandır.

Qeyd edək ki, keçmiş SSRİ-nin adıçəkilən ölkələrdə 1992-ci ilə kimi səfirlikləri olub. Lakin imperiya dağıldıqdan sonra Rusiya bu ölkələrdə maliyyə səbəblərindən səfirlik saxlamağı məqbul saymayıb.

L.Tağıyeva

 





24.01.2025    çap et  çap et