525.Az

"Milan"dan ayrılan futbolçu Fransa klubunda


 

"Milan"dan ayrılan futbolçu Fransa klubunda<b style="color:red"></b>

"Milan"dan ayrılan Fode Ballo-Turenin yeni klubunun adına aydınlıq gəlib.

QOL.az xəbər verir ki, 27 yaşlı müdafiəçi "Havr"a keçib. Fransa Liqa 1-də mübarizə aparan klub Ballo-Ture ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.

Qeyd edək ki, "Milan" 3 gün əvvəl Fode ilə sözləşməyə xitam verib. Futbolçu ötən ilin yayından A seriyası təmsilçisinin formasını geyinirdi. O, daha əvvəl PSJ, “Monako” və "Fulhem”də də oynayıb.

 





24.01.2025    çap et  çap et