Almaniyanın Bavariya əyalətinin Aschaffenburg küçəsində bıçaqlı hücum nəticəsində biri körpə olmaqla iki nəfər həlak olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli mətbuatın məlumatına görə, Aschaffenburqdakı Schöntal Park ərazisində bir şəxs küçədə ətrafına bıçaqla hücum edib.
Hücumda 2 və 41 yaşlı iki nəfər həyatını itirib, iki nəfər isə ağır yaralanıb.
Yaralılar hadisə yerinə gələn qruplar tərəfindən xəstəxanaya aparılıb.
Hücumdan sonra saxlanılan 28 yaşlı Əfqanıstan vətəndaşının keçmişdə psixoloji problemlərinin olduğu iddia edilib.
Qeyd edək ki, polis hücumun səbəblərini araşdırır və yerli sakinlər üçün heç bir təhlükənin olmadığını bildirib.
Malik Atilay
çap et