525.Az

ABŞ-nin cənub ştatlarında əlverişsiz hava şəraitində 10 nəfər ölüb


 

ABŞ-nin cənub ştatlarında əlverişsiz hava şəraitində 10 nəfər ölüb<b style="color:red"></b>

ABŞ-nin Meksika körfəzi sahillərində yerləşən ştatlarında qar fırtınası və şaxtalı soyuqlar səbəbindən ilkin məlumatlara görə 10 nəfər həyatını itirib. Soyuq hava Texas və Floridanın cənub ştatlarında həyata mənfi təsir göstərir.

525.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, Alabama, Texas və Corciya ştatlarında qar fırtınası və dondurucu temperaturun səbəb olduğu evdə yanğınlar, yol qəzaları və donvurma nəticəsində ən azı 10 nəfər həyatını itirib. Həddindən artıq buzlanma səbəbindən yollarda qəzalar və nəqliyyatın hərəkətində axsamalar yaşansa da, qar fırtınası səbəbindən bir çox uçuşlar təxirə salınıb.

Florida ştatının Milton bölgəsində tarixin ən güclü qarı səbəbindən qarın qalınlığının 25 santimetrə çatdığı bildirilib.

Bildirilib ki, Körfəz bölgəsində soyuq hava şəraiti həftə sonundan etibarən normasına dönəcək. 

Ləman İlkin

 





24.01.2025    çap et  çap et