525.Az

Konyada 3 mərtəbəli bina çöküb, 5 nəfər dağıntılar altında qalıb


 

Konyada 3 mərtəbəli bina çöküb, 5 nəfər dağıntılar altında qalıb <b style="color:red"></b>

Türkiyənin Konya vilayətində üçmərtəbəli bina uçub.

525.az APA-ya istinadən xəbər verir ki, Konyanın Selçuklu rayonunda uçan binanın dağıntıları altında qaldıqları ehtimal olunan 5 nəfərin xilas edilməsi üçün axtarış-xilasetmə işləri başladılıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili yardım və polis əməkdaşları cəlb olunub.

Konya valisi İbrahim Akın binada 5 nəfərin olduğu barədə məlumat aldıqlarını, başqa mənzillərdə sakin olub-olmadığı ilə bağlı araşdırma apardıqlarını bildirib.

 





24.01.2025    çap et  çap et