525.Az

Zelenski: Ukrayna sülh müzakirələrində Avropa və ABŞ-nin iştirakını istəyir


 

Zelenski: Ukrayna sülh müzakirələrində Avropa və ABŞ-nin iştirakını istəyir<b style="color:red"></b>

Ukrayna Prezidenti Vladimir Zelenski sülh müzakirələrində Avropa və ABŞ-nin iştirakına ümid etdiyini bildirib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Zelenski Maya Sandu ilə birgə mətbuat konfransında bildirib.

Zelenski ABŞ Prezidenti Donald Trampın müharibəni sona çatdıra biləcəyini, lakin bunun yalnız Ukraynanın müzakirələrə cəlb olunması ilə mümkün olacağını vurğulayıb.

"Rusiya müharibəni sona çatdırmaq istəmir, amma Ukrayna istəyir", - Zelenskiy əlavə edib.

 





25.01.2025    çap et  çap et