525.Az

Antonio Quttereş: Husilər tərəfindən saxlanılan yeddi BMT əməkdaşı dərhal azad edilməlidir


 

Antonio Quttereş: Husilər tərəfindən saxlanılan yeddi BMT əməkdaşı dərhal azad edilməlidir<b style="color:red"></b>

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husi üsyançıları tərəfindən qanunsuz şəkildə saxlanılan yeddi BMT əməkdaşı dərhal azad edilməlidir.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quttereş “X” platformasındakı paylaşımında bildirib.

“Husi üsyançılarının qanunsuz saxladığı 7 BMT əməkdaşının dərhal və qeyd-şərtsiz azad edilməsini, habelə əvvəllər saxlanılan və hələ də tutulmuş şəxslərin azad edilməsini tələb edirəm. BMT personalı və tərəfdaşları, vəzifələrini yerinə yetirərkən hədəf alınmamalı, həbs olunmamalı və ya saxlanılmamalıdır”, - deyə Quttereş paylaşımında vurğulayıb.

 





25.01.2025    çap et  çap et