525.Az

Qubada 5 otaqlı ev yanıb


 

Qubada 5 otaqlı ev yanıb<b style="color:red"></b>

Quba rayonunda 5 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən 525.az-a verilən xəbərə görə, Quba rayonunun İkinci Nügədi kəndində ümumi sahəsi 220 m² olan birmərtəbəli mansarda tipli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 





26.01.2025    çap et  çap et