525.Az

Rusiyaya qarşı sanksiyalar vacibdir - Zelenski


 

Rusiyaya qarşı sanksiyalar vacibdir - <b style="color:red">Zelenski</b>

Ukrayna Prezidenti Volodimir Zelenski tərəfdaşlarına müraciət edib.

525.az “Report”a istinadən xəbər verir ki, o, bu barədə “X”də yazıb.

V.Zelenski qeyd edib ki, Kiyevə dəstəyin artırılması zəruridir: “Rusiyaya qarşı sanksiyalar vacibdir. Neftin qiymətinin aşağı salınması əhəmiyyətlidir”.

Prezidentin fikrincə, Kremli yalnız qətiyyətli mövqe nəticəsində dayandırmaq olar: “Biz müdafiə qabiliyyətimizi gücləndirmək üçün tərəfdaşlarımızla daim işləyirik”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq daha əvvəl neftin qiymətinin 45 dollara düşməsinin vacibliyini qeyd edib.

 





26.01.2025    çap et  çap et