525.Az

Fələstinli həkimlər üç gün ərzində Qəzzada 14 cəsəd tapıblar


 

Fələstinli həkimlər üç gün ərzində Qəzzada 14 cəsəd tapıblar<b style="color:red"></b>

Son üç gündə Qəzza zolağında anklavın Səhiyyə Nazirliyinin əməkdaşları 14 nəfərin meyitini aşkar ediblər.

525.az APA ya istinadən xəbər verir ki, nazirlik bu barədə məlumatı özünün Telegram kanalında yayıb.

“Son 72 saat ərzində 14 fələstinlinin cəsədi Qəzzada xəstəxanalara çatdırılıb. Onlardan 5-i əvvəllər aldığı yaralardan ölüb, 4 nəfər isə bu üç gündə ölüb. Bu müddət ərzində 11 nəfər xəsarət alıb”, - deyə Səhiyyə Nazirliyindən bildirilib.

Həkimlər qeyd ediblər ki, 2023-cü ilin oktyabr ayından etibarən yenilənmiş məlumatlara görə, Qəzzada 47 306 nəfər ölüb, 111 483 nəfər yaralanıb.

 





26.01.2025    çap et  çap et