525.Az

Ermənistanda Rusiyanın 102-ci bazasının hərbi qulluqçusunun meyiti tapılıb


 

Ermənistanda Rusiyanın 102-ci bazasının hərbi qulluqçusunun meyiti tapılıb<b style="color:red"></b>

Gümrüdə Rusiyanın 102-ci bazasının 23 yaşlı hərbçisinin meyiti tapılıb.

525.az APA ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Faktla bağlı intihar maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Hərbçinin adı və hadisənin digər təfərrüatları hələlik məlum deyil.

Onun meyitinin yaşadığı mənzildə asılmış vəziyyətdə tapıldığı bildirilir.

 





26.01.2025    çap et  çap et