525.Az

Avtomobili azarkeşlərin üzərinə sürdü


 

Avtomobili azarkeşlərin üzərinə sürdü<b style="color:red"></b>

ABŞ-də naməlum şəxs avtomobili futbol azarkeşlərinin üzərinə sürüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gecə Filadelfiyada "Philadelphia Eagles" komandasının "Washington Commanders" üzərində qələbəsindən sonra baş verib.

Sevimli komandasının qələbəsini və Superkubokun finalına vəsiqə qazanmasını qeyd edən azarkeşlər adətən Brod-strit adlı ərazidə yığışır. Bu dəfəki təmtəraq isə faciə ilə nəticələnib.

Xeyli adamın xəsarət aldığı qəzada ölən və yaralananların  dəqiq sayı məlum deyil. Əraziyə çox sayda polis və təcili tibbi yardım briqadası gəlib. 

Qeyd edək ki, polis qəza törədən sürücünü saxlayıb. Onun qəzanı bilərəkdən etmədiyi bildirilir.

L.Tağıyeva

 





27.01.2025    çap et  çap et