Bu gecə Venesuelanın La-Pasda yerləşən səfirliyi naməlum şəxslər tərəfindən odlu silahdan atəşə tutulub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Boliviyanın xarici işlər naziri Selinda Sosa sosial şəbəkə hesabında məlumat yayıb.
Atəş nəticəsində binanın fasadı ziyan görüb. Səfirlik əməkdaşları xəsarət almayıb.
Qeyd edək ki, yerli hüquq-mühafizə orqanları insidentlə bağlı araşdırmaya başlayıblar.
L.Tağıyeva
çap et