525.Az

Boliyada avtobus aşdı - 19 ölü


 

Boliyada avtobus aşdı - <b style="color:red"> 19 ölü</b>

Boliviyada paytaxt La-Pasdan Vilyasona gedən sərnişin avtobusu aşıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Potosi departamentinin Serdas rayonunda baş verib.

Qəza nəticəsində 19 nəfər - 13 qadın, 3 kişi və 2 uşaq dünyasını dəyişib. Daha 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alıb. Yaralılar yaxınlıqdakı Uyuni şəhər xəstəxanasına çatdırıblar. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Qeyd edək ki, ölənlər arasında avtobusun sürücüləri də var. Sükan arxasında əyləşən sürücü cəmi 24 yaşındaymış. Qəzaya səbəb kimi yüksək sürət və sürücünün təcrübəsizliyi göstərilir.

L.Tağıyeva

 





27.01.2025    çap et  çap et