525.Az

"Traktor"un oyununda 32 nəfər yaralandı


 

"Traktor"un oyununda 32 nəfər yaralandı<b style="color:red"></b>

İran çempionatının 17-ci turunda keçirilən "Persepolis" - "Traktor" matçında xoşagəlməz hadisələr yaşanıb.

Bu barədə İran mətbuatı məlumat yayıb.

Görüş zamanı tribunalarda azarkeşlər arasında dava olub.  Münaqişə nəticəsində 32 nəfər yaralanıb. Onlardan 3-ü qadındır. 

Daşla yaralandığı iddia edilən 3 kişi azarkeş isə xəstəxanaya aparılıb.

Qeyd edək ki, "Persepolis" - "Traktor" oyununda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar. "Persepolis"in baş məşqçisi türk mütəxəssis İsmail Kartaldır. (QOL.az )

 





27.01.2025    çap et  çap et