525.Az

HƏMAS-ın girov saxladığı şəxslərdən 25-i sağdır


 

HƏMAS-ın girov saxladığı şəxslərdən <b style="color:red"> 25-i sağdır</b>

HƏMAS qruplaşması sağ qalan girovların siyahısını İsrailə təhvil verib.

525.az xəbər verir ki, bu barədə “Reuters” HƏMAS nümayəndəsinə istinadən məlumat yayıb.

“HƏMAS azad edilməsi planlaşdırılan 33 israilli girovdan 25-nin hələ də sağ olduğunu göstərən siyahını vasitəçilərə təhvil verib”, - məlumatda belə deyilir.

Həmçinin bildirilib ki, HƏMAS Arbel Yehuda və daha iki girovu yanvarın 31-dək İsrail tərəfinə təhvil vermək niyyətindədir.

Eyni zamanda “Reuters” agentliyi on minlərlə fələstinlinin Qəzzaya qayıtmağa başladığını bildirir. Bu gün yerli vaxtla səhər saat 7:00-da Qəzzanın mərkəzində ilk, saat 9:00-da isə ikinci keçid məntəqəsi açılıb.

Xatırladaq ki, yanvarın 25-də İsrail hakimiyyəti dörd hərbi girov müqabilində 200 fələstinli məhbusu azad edib.

İbrahim Cəfərov

 





27.01.2025    çap et  çap et