ABŞ lideri Donald Tramp bildirib ki, yeni prezidentlik müddətinin başlamasından sonra ilk xarici səfəri Səudiyyə Ərəbistanı və ya Böyük Britaniyaya ola bilər.
525.az bu barədə TASS-a istinadən xəbər verir.
“Bu, Səudiyyə Ərəbistanı ola bilər. Ya da ənənəvi olaraq Birləşmiş Krallıq”, - deyə Ağ evin başçısı bildirib.
Donald Tramp xatırladıb ki, son prezidentlik dövründə ilk rəsmi səfərini Səudiyyə Ərəbistanına etmişdi. Çünki bu ölkə ABŞ-dən 450 milyard dollarlıq mallar almağa razı idi.
ABŞ prezidenti açıqlamasında tezliklə rusiyalı həmkarı Vladimir Putinlə də danışıq aparacağını təkrarlayıb. Söhbətin mövzusu isə Ukrayna münaqişəsi olacaq.
İbrahim Cəfərov
çap et