525.Az

Kanada Lukaşenkonun həyat yoldaşına qarşı sanksiyalar tətbiq etdi


 

Kanada Lukaşenkonun həyat yoldaşına qarşı sanksiyalar <b style="color:red"> tətbiq etdi</b>

Kanada Belarus prezidenti Aleksandr Lukaşenkonun həyat yoldaşı Qalinaya qarşı sanksiyalar tətbiq edib.

525.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ümumilikdə, yeni sanksiya siyahısına Belarusdan 10 fiziki və 12 hüquqi şəxs daxil edilib.

Kanada Xarici İşlər Nazirliyindən bildirilib ki, bu tədbirlər “yanvarın 26-da Belarusda keçirilən ədalətsiz seçkilərə cavab olaraq” tətbiq edilib. Sanksiyaya məruz qalan şəxslər korrupsiya və insan haqlarının pozulmasında ittiham olunurlar. Lakin konkret hansı epizodlar üzrə sanksiyaların tətbiq edildiyi barədə məlumat verilməyib.

İbrahim Cəfərov

 





28.01.2025    çap et  çap et