525.Az

Dünyanın ən böyük aysberqi yolunu dəyişib


 

Dünyanın ən böyük aysberqi yolunu dəyişib<b style="color:red"></b>

Dünyanın ən böyük aysberqinin  Böyük Britaniyaya məxsus Cənubi Georgiya adasına çırpılacağı barədə məlumat vermişdik.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu təhlükə sovuşub.

A23a adlı aysberq okean axınları və küləyin təsiri nəticəsində üzmə səmtini dəyişib. Onun gələcək trayektoriyasını müəyyənləşdirmək hava şəraiti və axınlara görə qeyri-mümkündür. Bu barədə Arktika və Antarktida Elmi-tədqiqat İnstitutu məlumat yayıb.

Xatırladaq ki, sözügedən aysberq Nyu-York şəhərindən 3 dəfə böyükdür. Çəkisi isə 1 trilyon tondur. 1986-cı ildə Filhner buzlağından qopan nəhəng buz dağı uzun müddət sahildən bir neçə km kənarda dənizin dibinə oturduğundan hərəkətsiz qalmışdı. 2023-cü ilin sonlarında tərpənən aysberq bir müddət Cənubi Opkneysk adaları yaxınlığında okean axınlarının təsiri ilə yerində "fırlandıqdan" sonra Cənubi Georgiya istiqamətində üzməyə başlamışdı.

Yeri gəlmişkən, alimlərin bildirdiyinə görə okeanda üzdüyü vaxt aysberqin 9 faizi əriyib.

L.Tağıyeva

 





27.01.2025    çap et  çap et