525.Az

"Olimpiakos" - "Qarabağ" oyununun hakimləri açıqlandı


 

"Olimpiakos" - "Qarabağ" oyununun hakimləri açıqlandı<b style="color:red"></b>

"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsinin 8-ci turu çərçivəsində səfərdə "Olimpiakos"a qarşı keçirəcəyi matçın hakimləri müəyyənləşib.

525.az xəbər verir ki, oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Radu Petresku olacaq. Ona yan xətt hakimləri qismində Radu Cinqulaç və Mirça Mixail Qriqoriu kömək edəcəklər. Dördüncü hakim fünksiyasını isə Marsel Birsan yerinə yetirəcək.

VAR Katalin Popaya, AVAR isə Sebastian Kolteskuya həvalə olunub.

Qeyd edək ki, yanvarın 30-da Yunanıstanda keçiriləcək "Olimpiakos" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 





28.01.2025    çap et  çap et