525.Az

Afrika münaqişələrə görə hər il 18 milyard dollar itirir


 

Afrika münaqişələrə görə hər il 18 milyard dollar itirir<b style="color:red"></b>

Davam edən münaqişələr səbəbindən Afrika ölkələri hər il 18 milyard dollar itirirlər.

525.az xəbər verir ki, bu barədə Keniya prezidenti Uilyam Ruto Afrika İttifaqının iclasında bildirib.

O qeyd edib ki, bu, həm də milyonlarla insanın didərgin düşməsinə gətirib çıxarır və qitənin inkişaf perspektivlərini zəiflədir.

Hazırda Afrikada 35 milyon məcburi köçkün, 8,9 milyon qaçqın, 1,1 milyon sığınacaq axtaran və 1 milyon vətəndaşlığı olmayan insan var:  “Təkcə 2024-cü ilin aprel-iyun ayları arasında Afrikada 1000 terror aktı qeydə alınıb, nəticədə 4818 nəfər ölüb”.

Keniya prezidenti vurğulayıb ki, Afrika İttifaqının hazırkı təhlükəsizlik arxitekturası qitənin üzləşdiyi mürəkkəb problemlərin və çağırışların həlli üçün zəif təchiz olunub.

O, sülh və təhlükəsizlik arxitekturasının təcili yenidən qurulmasına çağırıb və əlavə edib ki, Afrika İttifaqının regionun qaynar nöqtələrində mövcudluğu zəif, parçalanmış və kifayət qədər resurslarla təmin olunmayıb.

Pərvanə Sultanova

 





28.01.2025    çap et  çap et