Türkiyə millisinin sabiq üzvü, gənc məşqçi Burak Yılmazın yeni iş yeri bəlli olub.
QOL.az xəbər verir ki, o, "Kasımpaşa"nın baş məşqçisi təyin edilib.
Bu barədə Superliqa klubunun rəsmi saytı məlumat yayıb. 39 yaşlı keçmiş hücumçu ilə bağlanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Burak Yılmaz buna qədər "Kayserispor"un da baş məşqçi olub. O, ötən il Superliqa təmsilçisini çalışdırıb.
çap et