525.Az

Orban Brüsseli Gürcüstana hücumu dayandırmağa çağırıb


 

Orban Brüsseli Gürcüstana hücumu dayandırmağa çağırıb<b style="color:red"></b>

Brüsseldəki bürokratlar Gürcüstan hökumətinə hücumlarını dayandırmalıdırlar.

525.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Budapeştdə səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşdə deyib.

Papuaşvili yanvarın 26-da Macarıstana rəsmi səfərə gedib və orada yüksək səviyyəli görüşlər keçirib.

"Brüsseldəki bürokratların və Soros şəbəkəsinin Gürcüstan hökumətinə hücumlarını dayandırmağın vaxtı çatıb. Mən sədr Şalva Papuaşviliyə Gürcüstanın suverenliyi uğrunda apardıqları mübarizədə dəstəyimi bildirdim", - Orban əlavə edib.

Pərvanə Sultanova

 





28.01.2025    çap et  çap et