525.Az

“Sabah” özbəkistanlı futbolçu transfer etdi


 

“Sabah” özbəkistanlı futbolçu transfer etdi<b style="color:red"></b>

"Sabah" heyətinə yeni futbolçu cəlb edib.

525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Özbəkistanlı futbolçu Umarali Raxmonaliyev Rusiyanın "Rubin" klubundan "Sabah"a keçib. 21 yaşlı yarımmüdafiəçinin müqaviləsinin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Umarali Raxmonaliyev 2023-cü ildən "Rubin"də çıxış edib. Gənc futbolçu bu mövsüm "Rubin"də 7 oyuna çıxıb və 1 qol ötürməsi edib.

Xatırladaq ki, "Sabah" bu qış qazaxıstanlı qapıçı Stas Pokatilovu da heyətinə cəlb edib.

 





28.01.2025    çap et  çap et