525.Az

Məşhur futbolçu Səudiyyə Ərəbistanı klubuna keçir


 

Məşhur futbolçu Səudiyyə Ərəbistanı klubuna keçir<b style="color:red"></b>

Bayer"in məşhur hücumçusu Viktor Bonifase karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. "Əl-Nəsr" 24 yaşlı futbolçunu heyətinə qatmaqda israrlıdır. 

Klub nümayəndələri hazırda Almaniyadadırlar və burada "Bayer"lə danışıqlar aparırlar. 

Bonifase özü də Səudiyyə Ərəbistanı təmsilçisinə keçməkdə maraqlıdır. Hətta futbolçu komandanın son məşqini də buraxıb. 

Viktor bu mövsüm "Bayer" üçün bütün turnirlərdə 15 oyun keçirib (933 dəqiqə), 8 qol vurub və 1 qolun ötürməsini verib. Onun Bundesliqa təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədədir.

 





28.01.2025    çap et  çap et