525.Az

Balotelli komandasından ayrılmağa yaxındır


 

Balotelli komandasından ayrılmağa yaxındır<b style="color:red"></b>

"Cenoa"nın idman direktoru Marko Ottolini komandanın hücumçusu Mario Balotellinin klubu tərk etməyə yaxın olduğunu bildirib. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. O deyib: 

"Mario oynamaq istəyir, burda isə ona yer çatmır. Ona görə biz hər iki tərəf üçün uyğun çıxış yolu axtarırıq". 

Qeyd edək ki, Mario Balotelli "Cenoa"ya 2024-ci ilin oktyabrında azad agent statusunda transfer olunub. Bu müddət ərzində 34 yaşlı futbolçu İtaliya A Seriyasında 6 matça çıxıb. 

 





28.01.2025    çap et  çap et