525.Az

Aİ Suriyanın bank sektoruna qarşı sanksiyaları yüngülləşdirə bilər


 

Aİ Suriyanın bank sektoruna qarşı sanksiyaları <b style="color:red"> yüngülləşdirə bilər</b>

Avropa İttifaqı (Aİ) Suriyaya qarşı sanksiyaları yumşaltmağı nəzərdən keçirir.

525.az xəbər verir ki, bu barədə TASS Avropa Komissiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, sanksiyaların yumşaldılması bank və investisiya sektorunda baş verə bilər.

Xatırladaq ki, bir gün əvvəl Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ ölkələrinin xarici işlər nazirlərinin Suriyaya qarşı sanksiyaların yumşaldılması prosesinə başlamaq qərarına gəldiyini açıqlayıb. O qeyd edib ki, bu istiqamətdə iş operativ şəkildə aparılacaq, lakin Brüssel Dəməşqin davranışlarını bəyənməsə, məhdudiyyətlər yenidən tətbiq oluna bilər.

İbrahim Cəfərov

 





29.01.2025    çap et  çap et