525.Az

İranlı nazirdən Trampa təklif - israilliləri Qrenlandiyaya köçür


 

İranlı nazirdən Trampa təklif - <b style="color:red"> israilliləri Qrenlandiyaya köçür</b>

İranın xarici işlər naziri Abbas Arakçi ABŞ prezidenti Donald Trampa israilliləri Qrenlandiyaya köçürməyi təklif edib.

525.az bu barədə “Sky News”ə istinadən xəbər verir.

Abbas Arakçi bu barədə Trampın Qəzza sakinlərinin ərəb ölkələrinə köçürülməsi təklifinə cavab olaraq bildirib. İranlı diplomatın sözlərinə görə, bu halda ABŞ prezidenti “bir daşla iki quş vuracaq”.

“Mənim təklifim başqadır. Fələstinlilərin əvəzinə Qəzzadan israilliləri deportasiya edib, Qrenlandiyaya köçürsünlər”, - deyə İran XİN başçısı bildirib.

Xatırladaq ki, Tramp jurnalistlərlə söhbəti zamanı Qəzza sakinlərinin ərəb ölkələrinə köçürülməsini mümkün hesab etdiyini bildirib.

İbrahim Cəfərov

 





29.01.2025    çap et  çap et