525.Az

Polşada dünyanın ən hündür Məryəm heykəli ucaldılacaq


 

Polşada dünyanın ən hündür Məryəm <b style="color:red"> heykəli ucaldılacaq</b>

Polşada Məryəmin 55 metr hündürlüyündə heykəli ucaldılacaq.

525.az xəbər verir ki, bu barədə Polşa KİV-i məlumat yayıb.

Heykəl Polşanın şimalındakı Torun şəhərinin Konotope kəndində qoyulacaq.

Onun tikintisini ölkənin ən zəngin iş adamlarından biri, bu ərazidə yaşayan Roman Kartosik maliyyələşdirir. Lakin layihənin dəqiq dəyəri məlum deyil.

Kikul bələdiyyəsinin rəhbəri Renata Qolembevskinin sözlərinə görə, heykəlin tikintisi ilə bağlı işlərə artıq iki həftədir start verilib. Tikintinin 2026-cı ildə başa çatması nəzərdə tutulub.

Heykəlin özünün hündürlüyünün 40, tac formalı postamentin isə 15 metrə çatacağı qeyd olunur. Bununla da Konotopdakı abidə Rio-de-Janeyrodakı Xilaskar Məsihin heykəlindən (38 metr) və Polşanın Svebodzine şəhərindəki Kral Məsihin abidəsindən (51 metr) hündür olacaq.

İbrahim Cəfərov

 





29.01.2025    çap et  çap et