525.Az

Ukraynada 1 dəqiqəlik sükuta məhəl qoymayan sürücülər cərimələnəcək


 

Ukraynada 1 dəqiqəlik sükuta məhəl qoymayan sürücülər cərimələnəcək<b style="color:red"></b>

 

Ukraynada müharibədə həlak olanların xatirəsinə 1 dəqiqəlik sükuta məhəl qoymayan sürücülərin cərimələnməsinə başlanılıb.

525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, ilk cərimə Rovno şəhərində tətbiq edilib.

Bu gün yerli vaxtla 9:00-da "Volkswagen Passat" markalı avtomobilin sürücüsü 1 dəqiqəlik sükuta məhəl qoymayaraq hərəkəti davam etdirib. Videomüşahidə kameralarına düşən avtomobilin sürücüsü aşkarlanaraq 510 qriven (təxmini 20 manat) cərimə edilib. Laqeyd sürücü hərəkətini tələsməyi ilə əlaqələndirib. 

Qeyd edək ki, indən belə bu cərimə bütün ölkə daxilində tətbiq olunacaq.

L.Tağıyeva

 





28.01.2025    çap et  çap et