525.Az

Çinin neft və qaz hasilatı ilk dəfə ildə 400 milyon tonu keçib


 

Çinin neft və qaz hasilatı ilk dəfə ildə 400 milyon tonu keçib<b style="color:red"></b>

Çinin neft və təbii qaz hasilatı 2024-cü ildə ilk dəfə olaraq 400 milyon ton ekvivalentini ötüb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Çinin energetika məsələləri üzrə Dövlət İdarəsi məlumat yayıb.

Hesabatda qeyd olunur ki, 2023-cü illə müqayisədə artım təxminən 10 milyon tondur. Hasilat ardıcıl səkkizinci aydır ki, bu sürətlə artır.

Məlumata görə, ötən il neft hasilatı 1,8 % artaraq 213 milyon tona çatıb. Xüsusilə, şist neft hasilatı 30 %-dən çox artaraq 6 milyon ton təşkil edib.

 





28.01.2025    çap et  çap et