525.Az

Tramp Netanyahunu Ağ Evdə görüşə dəvət edib


 

Tramp Netanyahunu Ağ Evdə görüşə dəvət edib<b style="color:red"></b>

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu fevralın 4-də Ağ Evdə keçiriləcək görüşə dəvət edib.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin Ofisi məlumat yayıb.

"ABŞ Prezidenti Donald Tramp Baş nazir Benyamin Netanyahunu fevralın 4-də, çərşənbə axşamı Ağ Evdə keçiriləcək görüşə dəvət edib. Baş nazir Netanyahu Donald Trampın ikinci dövründə Ağ Evə dəvət edilən ilk xarici liderdir", - məlumatda bildirilir.

 





28.01.2025    çap et  çap et